02:40 18 Fevral 2020 394
Ana səhifə Xəbərlər

"Sədərək"də baş verən yanğın söndürüldü – NAZİR MÜAVİNİ HADİSƏ YERİNDƏ

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın söndürülməsi üçün Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub. 900-1000 kvadrat metr ərazini əhatə edən yanğın söndürülüb.

Hazırda nazir müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Yanğınla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən isə bildirilib ki, əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın