12:00 19 Fevral 2020 747
Ana səhifə Xəbərlər

Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə zərərsizləşdirildi

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa ediliblər.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxın firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın