13:44 19 Sentyabr 2020 320
Ana səhifə Xəbərlər

Samuxda qayınata kürəkənini bıçaqladı

Samuxda bıçaqlanma hadisə baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Rəfael Ələkbərov aralarında yaranan mübahisə nəticəsində kürəkəni, 1992-ci il təvəllüdlü Gəncə şəhəri sakini Vüqar Həsənovu bıçaqlayıb.

Yaralı kəsilmiş-deşilmiş bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Əməkdaşlarımızın araşdırması zamanı hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, Vüqar Həsənovun həyat yoldaşı acıq edib atası evinə gəlib. Gecə saatlarında 28 yaşlı Vüqar Həsənov sərxoş vəziyyətdə qayınatasının evinə gələrək həyat yoldaşını geri qaytarmaq istəyib. Bu zaman kürəkən, çölə çıxan qayınatasının ünvanına nalayiq sözlər deyib. Qayınata əsəblərini cilovlaya bilməyib və kürəkəninə bıçaqla xəsarət yetirib.

Hadisəni törədən Rəfael Ələkbərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın