16:54 22 Yanvar 2021 123
Ana səhifə Xəbərlər

Şamaxıda yağan qar çardağı uçurdu, yaşlı qadın köməksiz vəziyyətdə qaldı

Şamaxıya yağan qar uçquna səbəb olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, yağan qar, rayonun Salman Mümtaz küçəsində Naibxanım İsmayılova məxsus çardağı uçurub. Xoşbəxtlikdən həmin an ev sahibi həyətdə olmadığı üçün xəsarət almayıb.

Dağılan çardaq yaşayış evinin giriş qapısının qarşısını kəsdiyi üçün 80 yaşlı Naibxanım İsmayılova evin içində köməksiz vəziyyətdə qalıb.

Hadisədən xəbər tutan qonşular Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq məlumat veriblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə cəlb olunub. Evin önünü kəsən dam örtüyü sökülüb və evdə köməksiz vəziyyətdə qalan qadını xilas olunub.

Şahnəzər Bəşirov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın