16:16 03 İyun 2020 210
Ana səhifə Xəbərlər

Salyanda narkotik yetişdirən şəxs yaxalandı

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi tədbir nəticəsində Qardili kəndi ərazisində Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan Aslan Şirinov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın