01:37 27 May 2020 763
Ana səhifə Xəbərlər

Salyanda kanaldan qətlə yetirilən qadın meyiti tapılıb

Salyanda kanaldan qətlə yetirilən qadın meyiti tapılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, mayın 26-da Ələt-Astara magistralından 1 kilometr aralıda, Salyan rayonunun Yenikənd kəndinin çöllük ərazisində kanaldan naməlum qadın meyiti tapılıb.

Belə ki, ərazidə heyvan otaran kənd sakini kanalda qamışlıqda ölmüş qadına məxsus meyit aşkar edib və bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 40-45 yaşlı qadının meyitini kanaldan çıxararaq Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə yerləşdiriblər. Üzərində xəsarətlər olan qadının qətlə yetirildiyi məlum olub. Hələlik qadının kimliyi məlum deyil. İstintaq orqanları tərəfindən qadının hansı şəraitdə və kim tərəfindən qətlə yetirildiyi araşdırılır. Meyitin kanala gecə radələrində atıldığı güman edilir.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın