21:20 12 Noyabr 2019 54
Ana səhifə Xəbərlər

Oğru dəstəsi yaradan keçmiş məhkumlar ələ keçdi

Sabirabadda qoyun oğurları saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 6-da Sabirabad rayonu Əlicanlı kənd sakini Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər, rayonun Yolçubəyli kənd sakini, Atəş Hüseynov və Əlicanlı kənd sakini, Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə qytarılıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın