14:40 14 Fevral 2020 276
Ana səhifə Xəbərlər

Sabah bəzi yerlərdə duman, zəif çiskin olacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın