21:20 20 May 2020 1039
Ana səhifə Xəbərlər

Sabah 34 dərəcə isti olacaq – HAVA PROQNOZU

SabahBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununaenəcək.Nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq.

Rayonlarda da hava əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturugecə 13-17, gündüz 30-34, dağlarda gecə6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın