08:00 11 Dekabr 2019 63
Ana səhifə Xəbərlər

Rusiya və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

APA TV-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev deyib.

"Hansı məsələlərin müzakirə olanacağını söyləmək hələ tezdir. Əlbəttə ki, ikitərəfli əməkdaşlıq və digər ən vacib məsələ, Suriyadakı vəziyyət, bununla bağlı qarşılıqlı fəaliyyət və koordinasiya məsələləri müzakirə olunacaq", - deyə o bildirib.

A.Lavrentiyev əlavə edib ki, görüşdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərinin görüşü yanvarın 8-də İstanbulda baş tutacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın