20:40 20 Fevral 2020 538
Ana səhifə Xəbərlər

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

APA TV xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1996-cı ildə Qusarda anadan olmuş Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

Diana Babayevanın barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın