23:20 23 Oktyabr 2019 45
Ana səhifə Xəbərlər

Rövzət Qasımov MSK sədrinin müavini seçildi

“Hesab edirəm ki, bizim aramızda seçimlərdən ən düzgünü Rövzət Qasımovdur”.

APA TV-nin xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələrində mühüm rol oynayır və iştirak etdiyi bütün tədbirlərdə Azərbaycanı layiqincə təmsil edir:

“Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası mənim təklifimi müsbət qarşılayar ki, Mərkəzi Seçki Komissiyasında boş olan, həmin Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə Rövzət Qasımovu mən təklif edim və hesab edirəm ki, siz, dediyim kimi, o keyfiyyətlərini ki, bilirsiniz, məndə olduğu kimi, sizdə də şübhə yoxdur ki, bu vəzifənin öhdəsindən ləyaqətlə gələcək. Həm cavandır, gəncdir, həm də 22 ildir ki, bütün bu proseslərin içindədir”.

Müzakirələrdən sonra MSK üzvü Rövzət Qasımov yekdil qərarı ilə komissiya sədrinin müavini seçilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın