20:21 11 Dekabr 2019 212
Ana səhifə Xəbərlər

ReAL parlament seçkilərinə blok şəklində gedir

ReAL Partiyası növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək. APA TV-nin xəbərinə görə, bu barədə Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb: “Blokda Real Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyniadlı blok şəklində fəaliyyət göstərəcəklər. Bu məqsədlə qurduğumuz əməkdaşlıq formatının adı Real Cümhuriyyətçilər İttifaqıdır”.

İlqar Məmmədov deyib ki, onların mövqeyini dəstəkləyən qurumlar, təşkilatlar bloka qoşulmaq istəsə, bu məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın