06:40 23 Oktyabr 2019 46
Ana səhifə Xəbərlər

Ramiz Mehdiyev vəzifəsindən azad edildi

Ramiz Ənvər oğlu Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

APA TV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

R. Mehdiyev “Heydər Əliyev” ordeninə dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə layiq görülüb.

Dövlət başçısı Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın