21:20 18 Fevral 2020 113
Ana səhifə Xəbərlər

Quldurluq edən şəxslər tutuldu – UCARDA

Ucarda quldurluq edən şəxslər tutulub.

APA Tv-nin yerli bürosunun, rayon polis şöbəsinə istinadən verdiyi xəbərə görə, rayonun Qarabörk kəndi ərazisində İmişli rayon sakini Telman Elşad oğlu Quliyev, Mingəçevir şəhər sakini Müşviq Mehdi oğlu Səmədov və Bakı şəhər sakini Seyidəhməd Ramiz oğlu Daşdəmirov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək Yevlax rayon sakini Anar ismayıl oğlu Qəribova həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmişlər. Onlar Anar Qəribovun alın nahiyəsindən bıçaqla xəsarət yetirərək üstündə olan 123 manat pulunu alaraq hadisə yerindən qaçmışlar.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən hər 3 şəxs saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın