18:40 14 Oktyabr 2019 41
Ana səhifə Xəbərlər

Quba sakini ögey qardaşının pulunu oğurladı

Qardaşının evindən pul oğurlayan Quba sakini yaxalanıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayonun Səbətlər kənd sakini Alim İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin ögey qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib. İlkin dindirmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb: “Qardaşımın evdə 1000 manatdan çox pulu olduğunu bilirdim. Qardaşım evdə olmayan vaxtı pulu götürdüm, özümdə bir gün saxladım. Sonra polis əməkdaşları məni saxladı və götürdüyüm pulu onlara təhvil verdim. Etdiyim əməldən çox peşmanam”.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın