11:52 26 Yanvar 2021 110
Ana səhifə Xəbərlər

Qızıl mağazasından seyfi oğurlamağa cəhd edən şəxs tutuldu - XAÇMAZDA

Xaçmazda qızıl mağazasından oğurluq etmək istəyən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub və orada içərisində pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib.

Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxs seyf və oğurluq zamanı istifadə etdiyi maddi sübutlarla birlikdə yaxalanaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın