16:48 21 Noyabr 2020 201
Ana səhifə Xəbərlər

Qazaxda qonşu qonşunu qətlə yetirdi

Qazaxda qonşu qonşunu qətlə yetirib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Qazax şəhəri ərazisində qeydə alınıb.

Qətl hadisəsi mübahisə zəminində baş verib. Şəhər sakini, 29 yaşlı Qəhrəman Şahquliyev aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Qazax rayon prokurorluğunda aparılan ilkin araşdırmalara əsasən, mərhumun qonşusu, 32 yaşlı Elçin Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, Elçin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Fuad Nazimoğlu

APA TV Qazax

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın