18:34 01 Dekabr 2020 192
Ana səhifə Xəbərlər

Qaxda Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib

Azərbaycanın şimal-qərb bölgəsində məskunlaşan laçınlılar rayonun işğaldan azad edilməsini qeyd edib.


APA TV-nin yerli bürosunun məlumatına görə, bir qrup laçınlı bir araya gələrək Qax rayonunda avtoyürüş keçiriblər.


Azərbaycan və Türkiyə bayraqlarını başları üzərinə qaldıran yürüşçülər vətənpərvər ruhda şüarlar səsləndiriblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən yürüş iştirakçıları daha sonra Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın məzarlarının üstunə gül qoyublar.

Bütün laçınlılar Ali Baş Komandana və müzəffər ordumuza minnətdarlığını bildirib. Şəhidlərimizə rəhmət diləyərək ailələrinə başsağlığı verib, qazilərimizə isə Allahdan şəfa diləyiblər.

Vüqar Heydərov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın