11:20 08 Oktyabr 2019 41
Ana səhifə Xəbərlər

Qaxda güclü partlayış: 6 yaralı var - SƏBƏB BİLİNMİR

Qaxda partlayış olub, 6 nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, partlayış oktyabrın 8-də Qax şəhərində, rayon Kommunal Müəssisələr Kombinatının arxasındakı ərazidə baş verib. Partlayış nəticəsində qurumun 6 əməkdaşı xəsarət alıb.

Əməkdaşlar yaşıllaşdırma işləri apardı qəfildən partlayış baş verib. Yaralılar dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlumdur. Onlar - 39 yaşlı Tamazi Nuruşvili, 49 yaşlı Cemali Zeynalaşvili, 26 yaşlı Sardion Daroşvili, 31 yaşlı Dato Nuroşvili və Beka Papiaşvilidir.

Yaralılardan 3-ü ambulator müalicəyə buraxılıb, 3 nəfər isə stasionar müalicəyə götürülüb. Onların həyati təhlükəsi yoxdur.

Hadisə yeri mühafizə üçün nəzarətə götürülüb. ANAMA əməkdaşları partlayışa səbəb olan əşyanın araşdırılmasına başlayıb. Partlayışın nədən qaynaqlandığı araşdırma və ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın