09:20 20 Oktyabr 2019 50
Ana səhifə Xəbərlər

Qadını vurub öldürən sürücü qaçdı - SABİRABADDA

Sabirabadda avtomobilin vurduğu yaşlı qadın ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində - “Bayraq Meydanı”nın qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən Sabirabad şəhər sakini -1956-cı il təvəllüdlü Abışova Zemfira Qurban qızını maşın vurub. Piyada hadisə yerində keçinib. Sürücü hadisə yerindən qaçıb. Qadının meyiti müayinə olunmaq üçün rayon morquna aparılıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın