14:24 19 Aprel 2021 72
Ana səhifə Xəbərlər

Prezident xarici ölkələrə yeni səfirlər təyin etdi - SİYAHIDA RAMİZ HƏSƏNOV DA VAR

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev həmçinin, Zaur Əhmədovun Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Hüseyn Cəlal oğlu Hüseynov isə dövlət başçısının digər sərəncamı ilə ölkəmizin Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eldar Nadir oğlu Səlimov isə Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın