20:14 11 Dekabr 2019 185
Ana səhifə Xəbərlər

Prezident Koreya Statistika Komitəsinin sədrini qəbul edib

Prezident İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV-nin məlumatına görə, Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edilib, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın