15:20 18 Noyabr 2019 63
Ana səhifə Xəbərlər

Prezident İordaniya Haşimilər Krallığı və Qətər Dövlətinin səfirlərini qəbul edib

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.

APA TV-nin məlumatına görə, səfir Sami Abdullah Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı onunla söhbət edib.

Noyabrın 18-də Prezident İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib. APA TV-nin məlumatına görə, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdikdən sonar Prezidentlə diplomat arasında söhbət olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın