17:20 11 Dekabr 2019 94
Ana səhifə Xəbərlər

Parlament seçkilərinə qatılan bəzi partiyaların adı açıqlandı

Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar məlum olub.

APA TV-nin xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.

İclasda Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb. Məzahir Pənahov deyib ki, artıq bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin paylanılması prosesinə başlanılıb: “Bu gündən biz dekabrda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin Dairə Seçki komissiyalarına paylanması prosesinə başladıq. Bu mərhələ ağır və məsuliyyətli mərhələdir”. Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın