17:38 04 Mart 2021 66
Ana səhifə Xəbərlər

Osman Sınav Vətən Müharibəsi haqqında film çəkəcək

Türkiyənin "Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın Vətən Müharibəsindən bəhs edən bədii film çəkəcək.

APA TV Lent.az -a istinadən xəbər verir ki, bu barədə rejissor Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən bəhs edərkən deyib. "Hazırda Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”.

Onu da qeyd edək ki, Osman Sınav məşhur “Qurdlar vadisi” serialının ilk rejissoru və ideya müəllifidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın