11:20 21 Oktyabr 2019 40
Ana səhifə Xəbərlər

Ölkə ərazisində hava küləkli keçəcək

Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 22-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın