22:00 28 Fevral 2020 167
Ana səhifə Xəbərlər

Oğurluğa girdiyi evdə 5 gecə qaldı – BU DA OLDU

Şəmkirdə silsilə oğurluqlar törədən Samux rayon sakini saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Samux rayon sakini Elfaq Süleymanov dekabr ayının 21-dən başlayaraq Şəmkirin Şiştəpə kəndində 7 evdən oğurluq edib.

O, oğurluq etdiyi Şahin Nəbiyevin evində 5 gecə qalan Elfaq Süleymanov fevral ayının 21-dək Şiştəpə və Seyfəli kəndlərində ümumilikdə 10 evə qanunsuz daxil olub: “Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Samux rayon sakini, Elfaq Süleymanov işləmək məqsədilə Rusiyaya gedən və hal-hazırda orada yaşayan Şiştəpə kənd sakinlərinin evindən oğurluq etmişdir”.

Saxlanılan Elfaq Süleymanov evlərdən pul, qızıl-zinət və digər qiymətli əşyaları oğurlayıb. Bəzi evlərdən isə əliboş çıxmalı olub. “Əhalisinin çoxu Rusiyada olduğuna görə gəldim Şiştəpə keçib qaldım. Bir boş evdə qaldım. Beş gün ərzində yeddi evə bir-bir girdim. Bir evdən qızıl apardım. Onu da aparıb satmışam”.

Elfaq Süleymanovun əməlindən zərərçəkənlərin sayının artacağı istisna edilmir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın