02:40 06 Aprel 2020 177
Ana səhifə Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarının bölmələrində komandir hazırlığı məşğələləri keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilib.


Cəlb olunan heyətə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.

Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən taktiki təlimdə iştirak ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın