00:00 18 Fevral 2020 171
Ana səhifə Xəbərlər

Narkotik satan 5 nəfər tutuldu, birinin axtarışlara davam edir – BALAKƏNDƏ ƏMƏLİYYAT

Balakəndə narkotik satan 5 nəfər saxlanılıb, daha bir nəfər isə axtarılır.

APA TV-nin qərb bürosununməlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1984-cü il təvəllüdlü Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Bu zaman ümumi çəkisi 1, 689 qram heroin aşkar edilərək götürülüb.

Əməliyyat zamanı Elşad Məsiyevin evində qonaq olan 1975-ci il təvəllüdlü Qəhraman Bayramov və 1983-cü il təvəllüdlü Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0, 455 qram heroin də aşkar edilib.

Araşdırma zamanı Elşad Məsiyevin narkotik vasitəni 1981-ci il təvəllüdlü Mətləb Yusubovdan aldığı məlum olub.

Əməliyyatın davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun evinə də baxış keçirilib və oradan təmiz çəkisi 0, 691 qram heroin aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat zamanı rayonun Gərəkli kənd sakinləri 1977-ci il təvəllüdlü Nurullah Kutlasovun yaşadığı evdən 7,34 qram, 1986-cı il təvəllüdlü Elşad Mustafayevin yaşadığı evdən isə 41,36 qram qurudulmuş marixuana tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Elşad Mustafayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın