12:40 14 Noyabr 2019 252
Ana səhifə Xəbərlər

Mühacir alverində şübhəli bilinən azərbaycanlılar saxlanıldı - ALMANİYADA

Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

APATV-nin məlumatına görə, bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

Alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektdə əməliyyat keçirib. Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min avro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyıb.

Almaniya polisi saxladığı 7 nəfərin adını dəqiqləşdirib:

Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri.

Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

Abdin Cavadov - Müsavat AKM-in üzvü.

Mehdi Xəlilbəylinin qohumu.

Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri.

Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Nyuvid qəsəvəsində yaşayan siyasi mühacir.

Mehdinin sürücüsü Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın