00:40 30 Mart 2020 266
Ana səhifə Xəbərlər

Moskva küçələri boş qalıb – KARANTİN TƏDBİRLƏRİ SƏRTLƏŞDİRİLİB

Bu gün səhərdən Moskva küçələri bomboş qalıb.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, paytaxtın və Moskva vilayətinin idarəetmə orqanları bu gündən təcrid tədbirlərini sərtləşdiriblər.

Sakinlərə evlərini tərk etməyə ancaq təcili tibbi yardım üçün müraciət edərkən, həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir. Əhali yalnız ən yaxın mağazadan və aptekdən alış-veriş edə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədə gəzə və zibil atmaq üçün çölə çıxa bilər. Yaxın günlərdə küçəyə çıxmaq ancaq xüsusi buraxılış icazəsi ilə mümkün olacaq. İşə getməyə məcbur paytaxt sakinlərinə isə icazə verilir.

Şəhər meriyası bəyan edib ki, nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Lakin küçədə və nəqliyyatda sakinlər bir-birindən 1,5 metr məsafə saxlamalıdır.

Baş nazir Mixail Mişustin Rusiyanın digər bölgələrinin rəhbərlərini də eyni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb: “Moskvada atılan addımlar Prezidentin və hökumətin koronavirusla mübarizə siyasətinin məntiqi davamıdır. Mövcud vəziyyətdə bu, özünüzü və yaxınlarınızı qorumağa kömək edəcək”.

Son məlumatlara görə, Rusiyada koronavirus infeksiyasına yoluxma halları 1836-ya çatıb. İndiyə kimi 9 nəfər bu virusdan həyatını itirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın