16:35 14 İyul 2020 1341
Ana səhifə Xəbərlər

MN: Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumat isə dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın