14:40 25 Mart 2020 292
Ana səhifə Xəbərlər

Mingəçevirdə yaşlı sakinlər yeməklə təmin edilir - RESTORANDAN NÜMUNƏVİ ADDIM

Mingəçevirdə fəaliyyət göstərən iaşə obyektlərindən biri maraqlı təşəbbüslə sakinlərin diqqətini çəkib. Belə ki, restoranlardan biri Nazirlər Kabinetinin 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmamaqla bağlı qərarına dəstək nümayiş etdirərək, həmin yaş qrupuna aid və tənha yaşayan şəxsləri gün ərzində təmənnasız olaraq yeməklə təmin edir.

APA TV-nin yerli bürosunun məlumatına görə, restoranın administratoru Vüqar Səlimov bu addımı atmaqla digər iaşə obyektlərini də belə vətənpərvər davranışlara sövq etmək istədiklərini deyir.

78 yaşlı şəhər sakini Sevil Tağıyeva restoran kollektivinin ona qayğısından çox məmnun qaldığını bildirir.

Qeyd edək ki, tənha və yaşlı sakinlərə könüllü yardımı ilə diqqət çəkən restoran mövcud vəziyyətlə əlaqədar həm də birbaşa evə çatdırılma xidmətinə də başlayıb. Bununla da onlar evdə qal biz sizə xidmət göstərək çağırışına dəstək nümayiş etdirirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın