22:40 07 Noyabr 2019 667
Ana səhifə Xəbərlər

Mingəçevirdə yaşayan liliputlar ailəsi: “Çox xoşbəxtik”

Belə bir deyim var: Allah bir tərəfdən alanda, bir tərəfdən verir.

APA TV-nin yerli bürosunun məlumatına görə, Mingəçevirdə yaşayan Allahverdiyevlər ailəsi üçün deyilib sanki bu söz. Məcburi köçkün həyatı yaşamaq yazılıb talelərinə.

Ailə üzvləri fiziki göstəricilərinə görə də fərqlənir. Şəhərdə onları hamının tanımasının da əsas səbəbi məhz bununla bağlıdır.

Əslən Şuşadan olan 39 yaşlı Taleh Allahverdiyev 27 il əvvəl valideynləri ilə bərabər Mingəçevirdə məskunlaşıb. Özündən boy baxımından az fərqlənən Mirvari xanımla da elə burda tanış olub, ailə qurub. 17 il ərzində bir qız, iki oğlan övladları dünyaya gəlib. Oğlan övladlarından biri Bakıda təhsil alır, Fəxri 7-ci, qızları Fidan isə 4-cü sinifdə oxuyur. Məktəbli uşaqlar da həmyaşıdlarından fərqlənir. Taleh Allahverdiyev deyir ki, həkimlər bəstəboyluğu irsi bağlılıqla əlaqələndirir. Amma nə onun, nə də yoldaşının doğmalarında bəstəboyluq olmayıb.

Çox xoşbəxt olduqlarını söyləyirlər. Uşaqlar isə heç bir psixoloji problem yaşamır.

Boyları kiçik olsa da arzuları böyükdür. Şuşanın xiffətini çəkirlər. Tezliklə doğma yurda qovuşacaqları günü gözləyirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın