20:13 24 May 2020 1800
Ana səhifə Xəbərlər

Mingəçevirdə avtomobil 13 nəfəri vurub - 4 UŞAĞIN VƏZİYYƏTİ AĞIRDIR

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

APA TV-nin xəbərinə görə, hadisə Mingəçevir şəhərində Şəfa bağlar yaşayış massivində 4-cü küçədə baş verib. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxaraq, küçədə Ramazan bayramını qeyd edən əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü törədib.

Ağır qəza zamanı 10-u uşaq olmaqla 13 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərə tibbi yardım göstərilib. Məlumata görə 5 yaşlı Səccad Məmmədlinin vəziyyəti daha ağırdır. Digər üç azyaşlının durumu da orta-ağır qiymətləndirilir.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın