02:12 08 Avqust 2020 375
Ana səhifə Xəbərlər

Meyvə bağında çətənə kolları yetişdirən şəxs yaxalandı

Hacıqabulda meyvə bağında çətənə kolları yetişdirən şəxs yaxalandı

APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Hacıqabul polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax magistralının yaxınlığında yerləşən meyvə bağında narkotik tərkibli çətənə kolları yetişdirən şəxs saxanılıb. Daxil olan əməliyyat məlumatı əsasında Hacıqabul şəhər sakini, 1960-cı il təvəllüdlü Salmanov Əli Ağakişi oğluna məxsus bağ sahəsində aqrotexniki qaydada qulluq edilmiş 88 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Adı çəkilən şəxs çətənə kollarını müxtəlif növ sıx meyvə ağacları olan fındıq, ərik və üzüm ağaclarının arasında əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib. Keçirilən əməliyyatın davamı olaraq həmin şəxsə məxsus Xəqani küçəsi ev 34-də axtarış zamanı orada yerləşən yarımtikilidən xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əli Salmanov barəsində narkotik vasitələrin saxlanması, istehsalı və satışı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın