10:00 08 Noyabr 2019 36
Ana səhifə Xəbərlər

Metroda gediş haqqının artırılması ilə bağlı açıqlama - RƏSMİ

“Bakı Metropoliteni MDB ölkələri arasında və dünya metropolitenləri daxilində gedişhaqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gedişhaqqı bir sərnişinə çəkilən xərcin 60 faizini təşkil edir”.

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda metroda gediş haqqının artırılması gözlənilmir.

Jurnalistlərin suallarını cavablandıran baş mühəndis deyib ki, “Xətai” stansiyasının bir xəttinin istifadəyə verilməsinin səbəbi stansiyanın təmas yolunda olan tuneldə təmir işlərinin aparılmasıdır: “Cəfər Cabbarlı” stansiyasının bu yolunu biz gələn ilin mart-aprel ayına başa çatdırmağı planlaşdırırıq. O zaman “Cəfər Cabbarlı”-“Xətai” stansiyalarında qatarlar hər istiqamətdə hərəkət edəcək. “Xətai” stansiyasının təmirinin ən sonuncu mərhələsi də ondan ibarət olacaq ki, onun tikintisi “Həzi Aslanov” stansiyasına tərəf davam etdiriləcək və “Xətai” stansiyası gələcəkdə “Həzi Aslanov”-“Cəfər Cabbarlı”-“Elmlər Akademiyası”-“Memar Əcəmi” stansiyaları arasında keçid stansiya olacaq”.

Qeyd edək ki, 8 noyabr “Bakı Metropoliteni” işçilərinin peşə bayramıdır. Bu münasibətlə metropolitenin Təlim-Tədris Mərkəzində Bakı metrosunun 52 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin sonunda Hüseyn Hüseynov “İlin maşinisti” adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın