19:34 29 May 2020 338
Ana səhifə Xəbərlər

Meşədə narkotik yetişdirən Oğuz sakinləri yaxalandı

Meşədə narkotik becərən Oğuz sakinləri tutulub.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb.

Elşad Seyidəliyevin kəndin meşəlik ərazisində, ağac və kolların arasında 12, İlkin Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın