12:27 22 Fevral 2021 49
Ana səhifə Xəbərlər

“Mercedes”lə avtoxuliqanlıq edən sərxoş sürücü tutuldu - ASTARADA

Astarada sərxoş halda avtoxuliqanlıq edən şəxs həbs edilib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Dəyanət Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən ona “saxla” işarəsi verilib. Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan Dəyanət Nəcəfzadə saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib: “Dostlarımla yeyib-içdik, bir az da spirtli içki qəbul elədik. Sonra çıxdıq şəhərə, dedik gəzək dostlarımla. Bu zaman polis əməkdaşları bizi gördülər, “saxla” əmrini verdilər. Biz də tabe olmadıq, sürdük maşını, sonra bizi tapıb gətirdilər. Sezdilər ki, biz həqiqətən içkiliyik, ad günü idi də oturmuşduq uşaqlarla”.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, saxlanılan şəxs barəsində toplanan materiallar məhkəməyə göndərilib: “Sürücü ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə pozaraq yol-hərəkət qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozduğu üçün tərəfimizdən saxlanılıb. Yoxlama zamanı müəyyən olundu ki, sürücü spirtli içki içib avtonəqliyyat vasitəsini idarə edirmiş. Onun barəsində toplanılan inzibati material aidiyyəti üzrə Rayon Məhkəməsinə göndərilib”.

Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın