04:40 18 Oktyabr 2019 202
Ana səhifə Xəbərlər

Mənzildən 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb - MİNGƏÇEVİRDƏ

APA TV xəbər verir ki, Mingəçevir şəhəri Vidadi küçəsi 4 ünvanında oğurluq faktı qeydə alınıb. Belə ki, beşmərtəbəli binanın birinci mərtəbəsində şəhər sakini Gülayət İbrahimovaya məxsus 20 saylı mənzil oğru və ya oğrular tərəfindən qarət olunub. Ev sahibinin evdə olmadığından istifadə edən şəxs və ya şəxslər eyvanın dəmir qoruyucusunu qıraraq mənzilə daxil olub və oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın