17:46 18 Yanvar 2020 1517
Ana səhifə Xəbərlər

Mehdiabadda 24 yaşlı qadın narkotacir yaxalandı – LƏQƏBİ “İKOŞ”DUR

Binəqədi rayonunun Mehdiabad qəsəbəsində “İkoş” ləqəbli narkotacir saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 24 yaşlı İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman oradan xüsusi bükümdə olan 5 qram heroin, 10 qrama yaxın metodon kristal, 1 qram metamfetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb.

İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. İfadəsində bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib:

Polis bölməsindən bildirilib ki, İlkanə Nəbiyevanın məhkumluğu olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın