15:30 13 İyul 2020 257
Ana səhifə Xəbərlər

Maştağada həyət evində narkotik becərən şəxs saxlanılıb

Maştağada həyət evində narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əsasən həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbəsi sakini Sərxan Kərimov saxlanılıb.

Ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 27 kiloqram olan 225 ədəd çətənə kolu, yaşadığı evdən isə 60 qram qurudulmuş marixuana və 20 qrama yaxın marixuana tumları aşkar olunaraq götürülüb. Sərxan Kərimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın