18:11 03 İyun 2020 1214
Ana səhifə Xəbərlər

Maska taxmayanlara qarşı reydlər keçirilir

Nazirlər Kabinetinin qərarına əsasən maskadan istifadə etməyən vətəndaşlar bu gündən etibarən cərimə olunacaqlar.

APA TV xəbər verir ki, artıq bir neçə gündür hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən edilən xəbərdarlıqlar bu gündən yerini cərimələrlə əvəz edib.

Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsinin birgə tədbirində vətəndaşlara maska paylanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb.

Bütün bu tədbirlərdən sonra yenə də qaydalara əməl etməyən sakinlər polis əməkdaşları tərəfindən inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələniblər.

- Biz hər gün vətəndaşlara deyirik maska taxın. Təəssüflər olsun ki, vətəndaşlar məsuliyyətsiz yanaşır. Bununla da bağlı məcburi şəkildə 211-ci maddəyə əsasən protokol yazılır, 50 manat cərimə olunurlar.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirdi ki, ictimai nəqliyyatda da maskadan istifadə etmək mütləqdir: “Bu günləri artıq maskadan istifadə edilmədiyinə görə, inzibati xətalar məcəlləsinə əsasən tətbiq edilən qanunun qüvvəyə minməsi ilə əlaqədar da bir daha Bakı şəhər Baş Polis İdarəsi ilə birgə tədbir keçiririk. Tədbirin də əsas məqsədi bir daha sərnişinlərin diqqətinə maskadan istifadə etməyin vacibliyini çatdırmaqdır”.

Qeyd edək ki, bu gündən icrasına başlanılan qaydaya əsasən maskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə ediləcəklər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın