18:00 17 Sentyabr 2019 74
Ana səhifə Xəbərlər

Masallıda polis zabiti öldü - AĞIR QƏZA

Masallıda yük və minik avtomobilləri toqquşub, nəticədə polis əməkdaşı vəfat edib. APA TV-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KamAZ" markalı 42 BL 695 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili Bakı şəhəri Sabunçu rayon sakini, 1986-cı il təvəllüdlü polis kapitanı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 99 ME 637 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü ağır bədən xəsarətləri alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın