13:33 31 İyul 2020 1194
Ana səhifə Xəbərlər

Masallıda oğurluq edən şəxslər tutuldu

Masallıda oğurluq edən şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Şərəfə kənd sakini İqbal Zeynalov polisə müraciət edərək ona məxsus mağazadan gecə saatlarında 140 manat pulun, eləcə də tütün və ərzaq məhsullarının oğurlandığını bildirib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxsin elə mağaza sahibinin qohumu və həmkəndlisi Rahil Zeynalov olduğu müəyyən edilib.

Müstəntiq Miramil Baxışovun sözlərinə görə, hadisəni törədən şəxs artıq saxlanılıb: “Hadisəni törətməkdə şübhəli bilinən Rahil Zeynalov saxlanılaraq istintaqa təqdim olunmuş, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir”.

Masallı polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbiri ilə tanışının çantasından pul oğurlayan qadın saxlanılıb. Belə ki, rayonun Musaküçə kənd sakini, Təranə Hüseynovanın həmkəndlisi olan bir qadının onun əl çantasından 600 manat pulu oğurladığı müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın