11:52 07 İyul 2020 482
Ana səhifə Xəbərlər

Masallıda karantin rejimini pozan çay evi aşkarlandı – 5 NƏFƏR CƏRİMƏLƏNDİ

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.


APA TV-nin cənub bürosunun məlumatına görə, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.


Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlının və müştərilərin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətirilib və 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Tural Kərimov
Rövşən Əzimov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın