17:39 07 Aprel 2021 55
Ana səhifə Xəbərlər

Masallıda aktiv koronavirus xəstəsi ərzaq mağazasında aşkarlanıb

Masallıda aktiv koronavirus xəstəsi ərzaq mağazasında aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, rayonun Həsənli kənd sakini Ravi Alışova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağazalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın