12:24 04 Avqust 2020 353
Ana səhifə Xəbərlər

Masallı sakini yaxalandı – 1 KQ-DAN ARTIQ TİRYƏKLƏ

Masallı sakini 1 kiloqramdan artıq tiryəklə saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Raci Ağayev yaxalanıb.

Müstəntiq Cahangir Hüseynovun sözlərinə görə, onun üstündən və evindən axtarış zamanı narkotik vasitə tapılıb: “Rayon Polis Şöbəsində onun üzərində aparılmış şəxsi axtarış zamanı 2 bükümdə ümumi təmiz çəkisi 6 qram təşkil edən narkotik vasitə olan tiryək, həmçinin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 185 qram tiryək aşkar edilərək götürülmüşdür”.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın