17:48 13 İyul 2020 234
Ana səhifə Xəbərlər

Leyla Abdullayeva: “Mülki əhali arasında itki yoxdur”

“Dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 4 hərbçimiz şəhid olub, mülki əhali arasında itki yoxdur”.

APATV-nin xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatla bağlı məlumatlar diplomatik korpusun diqqətinə çatdırılıb.

“İşğalçı Ermənistan tərəfindən zaman-zaman atəşkəs pozulurdu. Baxmayaraq ki, son müddət ərzində müəyyən nisbi sakitlik müşahidə olunurdu. Ancaq dünənki hadisənin iki əsas fərqləndirici cəhəti var. Birinci, təxribat məhz iki ölkənin dövlət sərhədində baş verib. İkinci isə çox nadir hallarda dövlət sərhədində baş verən təxribatlar zamanı bu cür artilleriya atəşindən və iriçaplı silahlardan istifadə olunur. Dünən baş vermiş təxribatda məhz bu cür silahlardan istifadə olunub”

Leyla Abdullayeva onu da bildirib ki, brifinqdə Xarici İşlər nazirinin müavini Araz Əzimov, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, ölkəmizdə fəaliyyət göstərən 74 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri və hərbi attaşeləri iştirak ediblər: “XİN başçısını müavini Araz Əzimov hərbi təxribatla bağlı siyasi qiymətləndirməni diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırıb. Məlum olduğu kimi baş vermiş təxribatla bağlı XİN-in rəsmi bəyanatı da yayılıb. Rəsmi bəyanatımız diplomatik kanallar vasitəsilə bütün dövlətlərlə və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Paralel olaraq bu gün XİN-də keçirilən brifinq zamanı da beynəlxalq ictimaiyyətin ölkəmizdəki nümayəndələrinə baş vermiş hadisə ilə bağlı bir daha ətraflı məlumat təqdim olunub”.

Xarici İşlər nazirliyinin sözçüsü onu əlavə etdi ki, nazir müavini öz təqdimatında Ermənistanın törətdiyi bu hərbi təxribatın yeni bir aqressiya, təcavüz aktı olduğunu diplomatik korpusun diqqətinə çatdırıb.

“Xüsusilə də bu təxribatın iki ölkənin dövlət sərhədində baş verməsi, Ermənistan tərəfinin Azərbaycanın yeri ərazilərini, yeni mövqelərini ələ keçirmək kimi təcavüzkar meylləri, habelə baş vermiş təxribatın Ermənistan rəhbərliyi tərəfindən son zamanlar bölgədə gərginliyin alovlanmasına xidmət edən əməllərinin və bəyanatlarının hardasa bir davamı kimi nəzərdən keçirilməli olduğu da diqqətə çatdırılıb. Ermənistan tərəfinin təxribatının əsas məqsədlərindən də biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mün aqişəsinə üzvü olduğu hərbi-siyasi təşkilatları və üçüncü ölkələri cəlb etmək niyyəti durur. Bununla da bağlı brifinq zamanı nazir müavini tərəfindən bildirilib ki, söhbət əgər üçüncü tərəfdən gedirsə, həmin ölkələr bu məsələyə kifayət qədər müdrik yanaşırlar. Onlar təbii olaraq imkan verməyəcəklər ki, Ermənistanın çirkin oyun və niyyətlərində bir alətə çevrilsinlər”, - deyə XİN rəsmisi vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın